Modern.az

İlham Əliyev Masallıda içməli su sisteminin açılışında iştirak edib

İlham Əliyev Masallıda içməli su sisteminin açılışında iştirak edib

3 Sentyabr 2016, 12:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Masallı şəhərinin içməli su təchizatı layihəsinin (şəhər su və kanalizasiya sisteminin) açılışında iştirak edib.

 

Dövlət başçısına məlumat verildi ki, şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasına 2012-ci ildən başlanılıb.

 

Bu məqsədlə Viləşçay su anbarının aşağı byefində sutəmizləyici qurğu inşa edilib, 5 min kubmetr tutumu olan su anbarı tikilib.

 

Prezident İlham Əliyev layihənin işə salınmasını bildirən düyməni basdı.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi