Modern.az

Salyanda bir sıra obyektlərin açılışı olub

Salyanda bir sıra obyektlərin açılışı olub

3 Sentyabr 2016, 16:38

Sentyabrın 3-də Salyan şəhərinə Şirvan-Muğan magistral su kəmərindən çəkilmiş yeni içməli su xəttinin açılışı olub.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

 

Dövlət başçısı burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

 

Azərbaycan Prezidenti su xəttini işə saldı.

 

Prezidenti sonra Salyan rayonuna səfəri çərçivəsində sentyabrın 3-də Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.

 

Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi və muzeydə yaradılmış şəraitlə tanış oldu.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?