Modern.az

Beyləqanda toyda kütləvi zəhərlənmə

Beyləqanda toyda kütləvi zəhərlənmə

Aktual

3 Sentyabr 2016, 20:02

Beyləqanda toyda kütləvi zəhərlənmə baş verib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən "Xudafərin" şadlıq sarayında keçirilən toy mərasimində qeydə alınıb. Belə ki, toya gələn qonaqlar arasından 80 nəfərə yaxın şəxs Beyləqan Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra onların hamısı evə buraxılıb.

 

Beyləqan MRX-dan verilən məlumata görə, müraciət edənlərdən müəyyən nümunələr götürülərək paytaxta labarotor müayinəyə göndərilib.

 

Zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edən şəxslərin vəziyyəti hazırda normaldır və həyatyi təhlükələri yoxdur.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar