Modern.az

İŞİD-ə qarşı ikinci cəbhə açıldı

İŞİD-ə qarşı ikinci cəbhə açıldı

3 Sentyabr 2016, 21:17

ABŞ ilk dəfə olaraq Türkiyə ərazisindən İŞİD terror qruplaşmasının Suriyadakı mövqelərinə HIMARS raket-zenit sistemlərindən zərbələr endirib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin İŞİD-lə mübarizə koalisiyasındakı xüsusi nümayəndəsi Brett Makqerk bildirib: “ABŞ İŞİD-in Suriyanın Türkiyə ilə həmsərhəd ərazisində yerləşən mövqelərinə zərbələr endirib. Zərbələr bir müddət əvvəl Türkiyə ərazisində yerləşdirilən HIMARS raket-zenit sistemlərindən endirilib”.

Bu arada Azad Suriya Ordusu Suriyanın Hələb vilayətində yeni cəbhə açıb. Məlumata əsasən, Azad Suriya Ordusu koalisiya qüvvələrinin dəstəyi ilə bir neçə yaşayış məntəqəsini azad edib, həmçinin üç hava limanında nəzarəti ələ keçirib. Hazırda hava limanlarında nəarət gücləndirilir.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi