Modern.az

Arzu Əliyeva ailə üzvləri ilə şahmat oyunlarını izləyib

Arzu Əliyeva ailə üzvləri ilə şahmat oyunlarını izləyib

3 Sentyabr 2016, 22:10

Sentyabrın 3-də “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının ikinci turu keçirilib. Modern.az saytı xəbər verir ki, olimpiadanın ikinci günündə Arzu Əliyeva və ailə üzvləri “Bakı Crystal Hall”a gələrək yarışların keçirildiyi zala baxıb, şahmatçıların oyunlarını izləyib, arenada açılan sərgi ilə tanış olublar.

 

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov məlumat verdi ki, Bakının ev sahibliyi etdiyi 42-ci Şahmat Olimpiadası indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarışdır. Bakı Olimpiadasında 175 ölkəni təmsil edən 181 kişi və 142 qadın komandanın 1600-dən çox üzvü, bundan əlavə, yüzlərlə komanda kapitanları və məşqçilər, digər rəsmi nümayəndələr iştirak edirlər. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir.

 

Arzu Əliyeva qadınlar arasında şahmat üzrə dünya çempionu, çinli Hou Yifan ilə söhbət etdi, onunla xatirə şəkli çəkdirdi.

 

Sonra Arzu Əliyeva və ailə üzvləri Olimpiadanın sərgi salonuna baxdılar. Məlumat verildi ki, Olimpiadanın tamaşaçılarına “Baku Crystal Hall”da təşkil olunan sərgidə iştirak etmək imkanı verilir. Bu sərgidə şahmatla bağlı nadir eksponatlar, həmçinin müxtəlif tarixi yarışlarla bağlı plakatlar nümayiş olunur. Burada yaradılan virtual oyun zonası da böyük maraqla qarşılanır. Şəhərimizin sakinləri və qonaqlar zonada virtual olaraq istənilən şahmatçı ilə oynaya bilərlər.

 

Daha sonra Arzu Əliyeva və ailə üzvləri şərhçilər otağına da baş çəkdilər. Burada onlara Olimpiadanın gedişi, həmçinin Azərbaycanda şahmatın, o cümlədən uşaq şahmatının inkişafı ilə bağlı ətraflı məlumat verildi.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi