Modern.az

Qənirə Paşayeva “Türk Dünyasında İlin Millət Vəkili” mükafatına layiq görülüb

Qənirə Paşayeva “Türk Dünyasında İlin Millət Vəkili” mükafatına layiq görülüb

3 Sentyabr 2016, 22:34

“Avrasya Sanat Kültür Edebiyat ve Bilim Federasyonu” (ASKEF)  2016-ci ildə “Türk Dünyasında İlin Millət Vəkili”  ödülünə millət vəkili Qənirə Paşayevanı layiq görüb.  Modern.az saytı xəbər verir ki, Antalyada keçirilən tədbirdə millət vəkilinə mükafatı ASKEF-in  başkanı Savaş Ünal və CHP Antalya Millət vəkili  Niyazi Nefi Kara təqdim ediblər.

Savaş Ünal bildirib ki, millət vəkili Qənirə Paşayeva hər zaman özünün fəaliyyətində, beynəlxalq arenalardakı çıxışlarında, yazılarında dünyanın müxtəlif bölgələrində haqları tapdalanan türklərin hüquqlarının müdafiəsi istiqamətində çalışır, onların problemlərini beynəlxalq tribunalardan səsləndirir. Həmçinin, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı və eyni zamanda, Azərbaycanın Ermənistan tərəfindən işğal altında olan bölgələrindən köçkün düşmüş insanların haqlarının müdafiəsi istiqamətində də hər zaman yorulmadan ASKEF də bunları nəzərə alıb Türk dünyasında ilin ən uğurlu millət vəkili mükafatının ona verilməsi qərarını qəbul edib.

Bu mükafatın təqdim olunmasını Azərbaycana olan diqqət və sevginin göstəricisi olduğunu söyləyən Q. Paşayeva bütün təşkilatçılara, ASKEF-ə öz təşəkkürünü bildirib. 

Millət vəkili mükafatın onun üçün çox böyük dəyər daşıdığını söyləyib və bildirib ki, o bu mükafatı özünün Türk dünyası sevdası, duyğu, düşüncə və əməlləri ilə Türk gəncliyinə böyük örnək olan, yol göstərən Türk dünyasının böyük dövlət adamlarını, liderlərini, aydınlarını rəhmət və sayğı ilə anaraq, onların ruhları qarşısında baş əyərək alır.

 Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva bildirib ki, birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik:”Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Bütün Türk, Müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Suriyada Bayırbucakda, İraqda Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”.

 

Çıxışında Azərbaycanın ən böyük problemi olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, ermənilərin törətdiyi vandalizm aktlarından danışan Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır: “Qarabağ probleminin həlli harada doğulub, harada yaşamasından asılı olmayaraq, bütün türklərin əsas məsələsi olmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah, gələn dəfə birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə görüşərik”.

 

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir