Modern.az

İslam Partiyasının lideri edam edildi

İslam Partiyasının lideri edam edildi

3 Sentyabr 2016, 22:44

Banqladeşdə İslam Partiyasının lideri Mir Kuasem Əli edam edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, o 1971-ci ildə Pakistanla müharibə zamanı hərbi cinayətlərdə günahkar bilinib.

Əli sentyabrın 3-də yerli vaxtla saat 10:30-da Kaşimpur həbsxanasında ailəsi ilə görüşə imkan veriləndən sonra asılıb. Bundan əvvəl Ali Məhkəmə ölüm hökmünə yenidən baxılması ilə bağlı apellyasiyaya baxmaqdan imtina edib.

Əli 2010-cu ildən sonra “İslam Caamatı” partiyasının edam edilən beşinci lideridir. O zaman Bnaqladeşin baş naziri hərbi cinayətlərə görə xüsusi tribunal formalaşdırıb.

Banqladeş hakimiyyəti bəyan edir ki, 1971-ci ildəki müharibə zamanı pakistanlı əsgərlər yerli kollaborasionistlərin köməyi ilə 3 milyon adamı öldürüb, 200 min qadını zorlayıblar.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir