Modern.az

Azərbaycanın 4 komandası qələbə qazanıb

Azərbaycanın 4 komandası qələbə qazanıb

Aktual

3 Sentyabr 2016, 22:55

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında ikinci turun görüşləri başa çatıb. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, Azərbaycanın kişilərdən ibarət əsas millisi Makedoniya ilə qarşılaşıb.

Aparıcı şahmatçılarımız bu dəfə də qalib gəliblər.

İkinci yığma Litvanı məğlub edib. Ancaq üçüncü komanda Belarusa uduzub.

Azərbaycanın qadınlardan ibarət əsas millisi Meksikanı yenərək, ardıcıl 2-ci qələbəsini qazanıb. İkinci komanda Monqolustanı məğlub edib. Ancaq qadınlarda da üçüncü yığma uduzub. Rəqib Türkiyə olub.

Ümumdünya Şahmat Olimpiadası

II tur

Kişilər

Makedoniya - Azərbaycan 1 - 0:4

 

Trayko Nedev - Şəhriyar Məmmədyarov - 0:1

Filip Pançevski - Teymur Rəcəbov - 0:1

Aleksandar Koloviç - Rauf Məmmədov - 0:1

Nikola Nikolovski - Arkadi Naydiç - 0:1

 

Litva - Azərbaycan 2 - 0,5:3,5

 

Eduardas Rozentalis - Vasif Durarbəyli - 0:1

Tomas Laurusas - Nicat Abbasov - 0:1

Sarunas Sulskis - Ülvi Bacarani - 0,5:0,5

Vidmantas Malisauskas - Namiq Quliyev - 0:1

 

Belarus - Azərbaycan 3 - 3,5:0,5

 

Sergey Jiqalko - Vüqar Əsədli - 1:0

Andrey Jiqalko - Nail Bəşirli - 0,5:0,5

Kirill Stupak - Abdulla Qədimbəyli - 1:0

Aleksey Aleksandrov - Məhəmməd Muradlı - 1:0

İlk turdan sonra Azərbaycan1 4-cü, Azərbaycan3 55-ci, Azərbaycan2 76-cı yerdə qərarlaşıb.

 

Qadınlar

 

Azərbaycan 1 - Meksika - 2,5:0,5

 

Zeynəb Məmmədyarova - Diana Karim Real Pereyra - 0:1

Günay Məmmədzadə - Alexandra Gerrero Rodriges - 1:0

Aydan Höccətova - Lilia İvonne Fuentes Qodoy - 1:0

Nərmin Kazımova - İvette Ale Qarsia Morales - 0,5:0,5

 

Azərbaycan 2 - Monqolustan - 2,5:1,5

 

Türkan Məmmədyarova - Davaademberel Nomin-Erdene - 0,5:0,5

Nərmin Xələfova - Tuvşintuqs Batçimeq - 0,5:0,5

Ülviyyə Fətəliyeva - Uurtsayx Uuriintuya - 1:0

Nərgiz Umudova - Altan-Ulzii Enxxtuul - 0,5:0,5

 

Azərbaycan 3 - Türkiyə - 1,5:2,5

 

Nərmin Məmmədova - Yekaterina Atalık - 0,5:0,5

Xanım Balacayeva - Betul Cemre Yıldız - 0,5:0,5

Gövhər Beydullayeva - Kübra Öztürk - 0,5:0,5

Ayan Allahverdiyeva - Zəhra Topel - 0:1

İlk turdan sonra Azərbaycan1 15-ci, Azərbaycan2 25-ci, Azərbaycan3 49-cu yerdə qərarlaşıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?