Modern.az

“Ermənistanda ümidverici heç nə yoxdur” - Robert Köçəryan

“Ermənistanda ümidverici heç nə yoxdur” - Robert Köçəryan

3 Sentyabr 2016, 23:02

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bəyan edib ki, ölkədəki mövcud problemlərin həlli üçün fundamental islahatlar lazımdır. Modern.az xarici mediaya istinadən bildirir ki, onun fikrincə, əks halda ölkə barıt çəlləyində yaşayacaq.

 

“Fundamental islahatlar lazımdır, adamlar ölkədə siyasi rəqabəti və legitim seçki prosesi ilə dəyişikliyin mümkünlüyünü görməlidirlər, bu, dövlət müəssisələrinə hücum çəkib girov götürmək vasitəsilə olmamalıdır”, - Köçəryan “Azadlıq” radiosuna müsahibəsində vurğulayıb.

 

Ermənistandakı situasiyadan danışan eks-prezident deyib: “Təəssüf ki, ümidverici heç nə haqda danışmaq olmaz. Bizim statistika iqtisadiyyatda daha real vəziyyəti əks etdirməli, hökumət isə iqtisadi siyasətini formalaşdırmalıdır”.

Onun fikrincə, sosial şəbəkə bu gün insanların əhval-ruhiyyəsinin necə olduğunu göstərən ən obyektiv indikatordur: “Buradan ölkədə yaranmış sosial-siyasi situasiyanı görmək mümkündür. Artıq bir neçə ildir cəmiyyət neqativ əhval-ruhiyyəyə köklənib, açıq-aşkar radikallaşma gedir. Bu, investisiya fəallığına, alıcılıq əhval-ruhiyyəsinə, miqrasiyaya, deməli bütövlükdə iqtisadiyyata təsir göstərməyə bilməz”.

 

Müsahibədə Qarabağ mövzusuna toxunan Köçəryan bildirib: “Aydındır ki, “Madrid prinsipləri” əvvəlki formada yeni reallıqlarla üsy-üstə düşmür, yenidən baxılmasına ehtiyac var. İlk növbədə təhlükəsizlik təminatının gücləndirilməsi kontekstində, referendumun müddəti və ona bağlı olan ərazilərin geri qaytarılması dəqiqləşdirilməlidir”.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir