Modern.az

Boliviyada avtobus qəzasında 11 nəfər ölüb

Boliviyada avtobus qəzasında 11 nəfər ölüb

4 Sentyabr 2016, 00:48

Boliviyada avtobusun qəzaya uğraması nəticəsində azı 11 nəfər ölüb, 40 nəfər yaralanıb. Modern.az saytı xəbər verir ki, Santa-Krus – Sukre marşrutu üzrə hərəkət edən avtobus Saipina şəhəri yaxınlığında dərinliyi 15 metr olan dərəyə yuvarlanıb.

Xəsarət alanlar xəstəxanalara çatdırılıb, qəzanın səbəbləri araşdırılır.

İlkin məlumata görə, sürücünün döngədə idarəetməni itirməsi qəzaya səbəb olub.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?