Modern.az

Türkmənistanda İslam Kərimovun xatirəsi əbədiləşdiriləcək

Türkmənistanda İslam Kərimovun xatirəsi əbədiləşdiriləcək

4 Sentyabr 2016, 20:11

Türkmənistan Özbəkistanın mərhum prezidenti İslam Kərimovun xatirəsi əbədiləşdiriləcək. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhhəmədov deyib ki, onun ölkəsinin vətəndaşları İslam Kərimovun vəfatından kədərləniblər.

“Biz həmişə onu yad edəcəyik”, - Berdımuhəmmədov deyib.

O, Kərimovun şərəfinə Türkmənistanın hər yerində onun adı meydan və parklara veriləcəyini deyib.

Avqustun 27-də beyninə qan sızması səbəbindən xəstəxanaya yerləşdirilən Özbəkistan prezidenti İslam Kərimov sentyabrın 2-də axşam saatlarında vəfat edib. O, sentyabrın 3-də Səmərqənddə dəfn olunub.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi