Modern.az

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat katibi fevralın 23-də gəlir

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat katibi fevralın 23-də gəlir

8 Fevral 2011, 10:43

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Həbib Kaya bu ayın 26-da ölkəsinə dönəcək. Bu barədə Modern.az saytına Həbib Kayanın özü məlumat verib. O, qeyd edib ki, 2011-ci ilin fevral ayından onun mətbuat xidmətinin rəhbəri kimi səlahiyyətləri bitir.

Qeyd edək ki, Həbib Kayanı Yavuz Bayram Maraş əvəzləyəcək.

Türkiyə Cümhuriyyəti Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş Idarəsində çalışan Yavuz Bayram Maraş bu ayın 23-də Azərbaycana gələcək və mətbuat katibi vəzifəsini icrasına başlayacaq.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir