Modern.az

Əri tərəfindən döyülən qadın xəstəxanaya yerləşdirilib

Əri tərəfindən döyülən qadın xəstəxanaya yerləşdirilib

5 Sentyabr 2016, 00:56

Salyanda qadın əri tərəfindən döyülərək xəsarət alıb. Modern.az saytı “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Həsənli kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 40 yaşlı Cəmilə Şahverən qızı Əliyeva ailə münaqişəsi zəmnində əri Cəmil Əliyev tərəfindən döyülüb. Kəllə-beyn travması alan və üz nahiyyəsi zədələnən qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

İlk tibbi yardım göstərildikdən sonra zərərçəkən travmatologiya şöbəsində yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı