Modern.az

Mətbuat xidmətləri vəzifələrini bilirlərmi? (Onların cavabları)

Mətbuat xidmətləri vəzifələrini bilirlərmi? (Onların cavabları)

8 Fevral 2011, 10:59

Jurnalistlər gün ərzində məlumat əldə etmək, informasiyanı dəqiqləşdirmək üçün müxtəlif ünvanlara müraciət edirlər. Bu ünvanlar arasında müxtəlif dövlət qurumlarının Mətbuat xidmətlərinin xüsusi çəkisi var. Mətbuat xidmətlərinin hamısından iformasiyanı almaq o qədər də asan olmur. Bəzi hallarda isə bir sıra mətbuat katibləri və ya xidmətin əməkdaşları medianı aidiyyatı vəzifəli şəxslə əlaqələndirmək əvəzinə baş çıxarmadıqları məsələlərdən danışırlar.  
Bəs, görəsən mətbuat xidmətlərinin əsl vəzifəsinın nədən ibarət olduğunu qurumun rəhbərləri bilirlərmi?
Aldığımız cavabları təqdim edirik.  

Müdafiə Nazirliyinin Mətbuat xidmətininın əməkdaşı Teymur Abdullayev bildirib ki, mətbuat xidmətinin vəzifəsi təmsil etdiyi qurumun yeniliklərini, məlumatlarını təqdim etməkdir. Onun sözlərinə görə, mətbuat xidməti yeri gəldikdə, açıqlamalar da verə bilər.

Səhiyə Nazirliyinin Mətbuat xidmətindən isə deyiblər ki, Səhiyə Nazirliyinin Mətbuat xidməti üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Lazımı materiaları vaxtlı-vaxtında nazirliyin saytında yerləşdirir. 

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri Akif Əli  qeyd edib ki, Mətbuat xidməti analayışı keçmiş SSRİ məkanı üçün yenidir, əvvəlki totalitar rejimdə belə bir xidmət olmayıb. 
A.Əli eyni zamanda bildirib ki, Mətbuat xidməti heç də mətbuata xidmət deyil:
“Mətbuat xidməti dövlətin sturukturudur və dövlətə xidmət edir. Ancaq bununla belə, KİV-lərlə körpü rolunu oynayır. Dövlətin mətbuat xidmətləri eyni zamanda aid olduqları qurumun məlumatlarını, xəbərlərini, qərarlarını yayır, ictimaiyyətin fikirlərini isə əks tərəfə çatdırır. Gün ərzində 20-25 qəzet alıram, bütün saytlara baxıram, televiziyanın və radionun  xəbərləri ilə tanış oluram. Evdə də BBS, CNN,  “Euronews” kimi telekanallara baxıram”.

Mədəniyət və Turizim Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva bildirib ki, Mətbuat xidmətinin üzərinə düşən vəzifələr çoxdur: “Mədəniyyət və Turizim Nazirliyində İctimaiyyətlə əlaqələr şöbəsi yoxdur. Ona görə də bu vəzifəni də Mətbuat xidməti yerinə yetirir. Bütün növ KİV-lərlə əlaqə saxlayırıq, onların suallarını cavablandırırıq”.
Z.Əliyeva qeyd edib ki, o, Mədəniyyət və Turizim Nazirliyində Mətbuat xidmətinin əməkdaşı vəzifəsinə gəldiyi zaman nazirlikdə vəziyyət çətin olub:
“Belə ki, nazirliyin saytı yox idi. Hazırda isə vəziyyət xeyli yaxşılaşıb. Nazirliyin bütün fəaliyyəti göz qabağındadır, beynəlxalq tədbirlərdə iştirak edirik. Xariçi səfərlərə geri dönərkən də informasiya ilə qayıdırıq.
Mətbuat xidməti olaraq sənədlərlə işləyirik, nazirliyin adından müsahibələr hazırlayırıq, televiziya kanallarının bəzi filmlərinin konsepsiyasını hazırlayırıq. Artıq Azərbaycan telekanallarının verilişləri dünya arenasına da çıxır. Ümumiyyətlə, ictimaiyyətlə aktiv əlaqə qurmağa çalışırıq”.  

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat xidətinin rəhbəri Müşfiq Əmirov bildirib ki, mətbuat xidmətinin əsas vəzifəsi nazirliyin işini KİV-də işıqlandırmaq, KİV-lərin suallarını, sorğularını vaxtında cavablandırmaqdır: “Bundan əlavə, KİV-də dərc olunan yazılar barədə nazirlik rəhbərliyinə məlumat vermək, mətbuatda gedən  qeyri-dəqiq informasiyaları dəqiqləşdirməkdir. Mətbuat konfransları təşkil etmək, reydlər kecirmək də Mətbuat xidmətinin vəzifəsi sırasına daxildir”.  

İqtiasdi İnkişaf Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Abbas Əlivey söyləyib ki, Mətbuat xidmətinin ana xətti KİV-lərin suallarının və sorğularının cavablandırılmasıdır: “Bundan əlavə, təmsil etdiyi dövlət qurumunun məlumatlarını KİV-lərə  operativ və obyektiv çatdırmaqdır. Nazirliyin şəffaf fəaliyyəti üçün elektron resurslarda mütəmadi yeni məlumatların yerləşdirilməsidir. İnformasiya əldə etmək hüququ tələb edir ki, vətəndaşların və jurnalistlərin suallarını cavablandıraq və jurnalistlərlə operativ əlaqə saxlayaq”. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə bildirib ki, onların əsas vəzifəsi nazirliyin  ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə gördüyü işləri cəmiyyətə çatdırmaqdır: “Eyni zamanda jurnalistlərin suallarını cavablandırmaq da Mətbuat xidmətinin vəzifələri sırasındadır. Daxili İşlər Nazirliyinin müvafiq şöbəsi  mətbuata ən açıq mətbuat xidmətlərindəndir. Biz çalışırıq ki, sualları cavablandıraq”.
O.Mansurzadə onu da bildirib ki, Mətbuat xidməti eyni zamanda yönləndirmə vəzifəsini də yerinə yetirir: “Məüəyyən suallar olur ki, ona Mətbuat xidməti cavab verə bilmir. O zaman biz lazımı insanlarla əlaqə yaratmağa kömək edirik. Hər şeyi bir adam bilməz axı”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xədmətinin rəhbəri İradə İbrahimova bildirib ki, nazirliyin fəaliyyəti çoxşaxəli olduğuna görə, ünvanlanan sualları Mətbuat xidməti və mütəxəssislər cavablandırmalıdır:
“Mətbuat xidməti onlara yönələn suaları cavablandıra bilər. Ancaq mütəxəssis fikrinə ehtiyac olduqda isə həmin sahənin mütəxəssisinə yönəltməkdə biz KİV-lərə kömək edirik. Ümumiyyətlə, Mətbuat xidmətinin vəzifəsi KİV-ləri ilkin informasiya ilə təmin etməkdir”.  

Maliyyə Nazirliyi Mətbuat xidmətinin rəhbəri Mais Piriyev:
"Hər bir mətbuat xidmətinin əsas iş fəaliyyəti ictimaiyyətin, o cümlədən kütləvi informasiya vasitələri nümayəndələrinin informasiya ehtiyaclarının tam ödənilməsinə, eyni zamanda KİV təmsilçiləri ilə münasibətləri düzgün koordinasiya etməklə davamlı iş üslubu həyata keçirməyə yönəlməlidir. Maliyyə Nazirliyinin Mətbuat xidməti olaraq biz jurnalistlərin suallarını cavablandırmaqda hər zaman maraqlıyıq və bizə müraciət edən KİV nümayəndələrinini “İnformasiya əldə etmək” haqqında Qanun çərçivəsində inforomasiya ilə ən qısa zamanda təmin edirik. Onu da qeyd edim ki, hər gün Maliyyə Nazirliyinə ayrı-ayrı media orqanlarından, QHT-lərdən  daxil olan müxtəlif şifahi və yazılı sorğular operativ şəkildə cavablandırılır. Bundan əlavə, açıqlanmalı olan məlumatlar mazirliyin internet səhifəsi www.maliyye.gov.az -da yerləşdirilir və daim yenilənir".

Sədaqət SÜLEYMANOVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir