Modern.az

Rusiyada azərbaycanlı qadın 2 yaşlı qızın qətlinə görə tutuldu

Rusiyada azərbaycanlı qadın 2 yaşlı qızın qətlinə görə tutuldu

Aktual

5 Sentyabr 2016, 10:57

Rusiyanın İvanova şəhərində adam oğurluğunda və iki yaşlı Yananın amansız qətlində şübhəli bilinən azərbaycanlı qadın həbs olunub.

Modern.az saytı Rusiya KİV-nə istinadla xəbər verir ki, saxlanılan 24 yaşlı Gülxar Şirəliyeva belə bir cinayət törətmədiyini və təqsirkar olmadığını bildirib.

 

Gülxar Şirəliyeva deyib ki, evdən çıxıb mağazaya gedərkən onu saxlayıblar. O bildirib ki, öldürülən uşağın valideynlərinin dərdini bölüşür.

“Bu, pis hadisədir. Mənim də uşaqlarım var”,-deyə o qeyd edib.

 

İstintaqın versiyasına görə, Gülxar Şirəliyeva 2 yaşlı qızı oğurlayıb və onu amansızcasına qətlə yetirib. Məlumata görə, onun öldürdüyü uşaq ərinin nikahdankənar övladıdır.

 

Aqşin Kərimov

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi