Modern.az

Bakıdakı rəqəmli işıqfor hardan gəldi, hara getdi…

Bakıdakı rəqəmli işıqfor hardan gəldi, hara getdi…

8 Fevral 2011, 11:22

Bir müddət əvvəl Bakı şəhərində saniyəölçən işıqforlar quraşdırılmışdı. Amma üstündən az keçməmiş həmin işıqforlar yığışdırıldı.

Modern.az həmin işıqforların kimin təşəbbüsü ilə quraşdırıldığını və yığışdırıldığını öyrənməyə çalışıb.
Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyev Modern.az saytına bildirib ki, Bakı şəhərində saniyə ilə işləyən işıqfor yoxdur: “Bakı Şəhəri İcra Hakimiyəti tərəfindən bir yerdə müvəqqəti belə işıqfor quraşdırılmışdı və o da deyəsən çıxarıldı. Bizim siqnal idarəsi onu quraşdırmadığı üçün niyə çıxarıldığını da bilmirik”.

Paytaxtda müasir işıqforların olduğunu deyən K.Əliyev rəqəmli, rəqəmsiz və ya işıqla işləyən işıqforların fərqinin olmadığını bildirib: “Qanunvericilikdə konkret işıqfor göstərilib və bu işıqforlar da mövcud qanunvericiliyə uyğun olaraq hər yerdə quraşdırılıb. Onlar da normal qaydada işləyir. Ancaq bizdə saniyə ilə işləyən işıqfor yoxdur”.

Aytən ƏLIYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir