Modern.az

Putin qızlarından DANIŞDI: “Vicdanla yanaşırlar”

Putin qızlarından DANIŞDI: “Vicdanla yanaşırlar”

5 Sentyabr 2016, 12:58

 

Rusiya prezidenti Vladimir Putin qızlarının (Mariya və Yekatirina Putina) siyasətlə məşğul olmaları perspektivindən danışıb.

Modern.az saytı xəbər verir ki, Putin “Bloomberg” agentliyinə açıqlamasında qızlarının siyasətə girmələri haqda özünün qərar vermək hüququna malik olmadığını bildirib.

“Onlar öz gələcəklərini özləri müəyyən etməlidir. Bütövlükdə isə mən düşünürəm ki, artıq seçimlərini ediblər. Onlar elmlə məşğuldurlar.

 

Onlar özlərini məsuliyyətli hiss edirlər, işlərindən zövq alırlar. Bu isə məni çox sevindirir. Öz seçdikləri işə vicdanla və məsuliyyətlə yanaşırlar”,-deyə o qeyd edib.

 

Aqşin KƏRİMOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi