Modern.az

Litva Seyminin spikeri Azərbaycana gəlib

Litva Seyminin spikeri Azərbaycana gəlib

Təhsil

8 Fevral 2011, 11:25

Litva parlamentinin sədri xanım İrena Dyaqutene bu gün Azərbaycana rəsmi səfərə gəlib. Qonağı Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.

Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, səfərin məqsədi ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, mədəni sahələrdə inkişafı, Azərbaycanın Avropaya inteqrasiyası və qarşılıqlı maraq doğuran digər məsələlər barədə danışıqlar aparmaqdır.

Səfər çərçivəsində İrena Dyaqutene Milli Məclisin sədri və digər rəsmi şəxslərlə görüşəcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat