Modern.az

Makedoniyalı deputatla azərbaycanlı jurnalist cəmiyyət yaratdılar

Makedoniyalı deputatla azərbaycanlı jurnalist cəmiyyət yaratdılar

5 Sentyabr 2016, 14:02

Makedoniya parlamentinin deputatı Enes İbrahim və diaspor üzrə jurnalist Elnur Eltürk Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti yaradıblar.

 

Bu barədə məlumatı jurnalist Elnur Eltürk verib. ”Belə cəmiyyətin yaranması zəruri idi. Dünyanın müxtəlif yerlərində diaspor təşkilatları fəaliyyət göstərir. Düşünürəm ki, Makedoniyada yaranması haqq səsimizin dünyada eşidilməsinə böyük təsir göstərər. Makedoniyada da bildiyim qədər iki ölkə arasında əlaqələri gücləndirəcək cəmiyyət yoxdur. Bəlkə də var və bu barədə heç nə eşitməmişəm. Həmçinin, Makedoniya-Azərbaycan arasında birbaşa diplomatik nümayəndəliyik fəaliyyət göstərmir.

 

Cəmiyyət münasiblərimizin güclənməsinə öz töhfəsini verə bilər. Cəmiyyətin sədri Makedoniya parlamentinin deputatı tanınmış siyasətçi Enes İbrahimdir.

Enes bəy dəfələrlə Azərbaycanda olub və bölgəni yaxşı bilir. Üstəlik, Qarabağla bağlı Makedoniyada bir sıra fəaliyyətləri olub. Makedoniyada gənc və dinamik siyasətçi imiçi qazanıb.”

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir