Modern.az

SOCAR anbarlarını İrana verə bilər

SOCAR anbarlarını İrana verə bilər

Aktual

5 Sentyabr 2016, 14:34

SOCAR İran qazının saxlanılması üçün öz rezervuarlarını İrana verə bilər. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

 

Onun sözlərinə görə, söhbət 1-2 milyard kubemtr qaz həcmindən gedir: “İranın qış aylarında şimal regionlarının qaz təchizatı ilə bağlı problemləri var. İran tərəfi qaz anbarlarımızın istifadəsində olduqca maraqlıdır.

 

SOCAR prezidenti əlavə edib ki, Azərbaycan qaz anbarlarınının tutumunu yoxlamaq üçün texniki qaz lazımdır: “İranla müvafiq danışıqlar aparılır. Biz qaz anbarlarının tutumunu artıq 3,5 milyard kubmetrədək artırmışıq, lakin onu 5 milyard kubmetrdən çox artırmaq imkanımız var”.

 

Onun sözlərinə görə, bundan əvvəl belə danışıqlar "Qazprom"la aparılıb: "Lakin Rusiya şirkətinin şərtləri SOCAR-ı qane etmir".

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub