Modern.az

“Beynəlxalq Gənclər Düşərgəsi” yekunlaşıb

“Beynəlxalq Gənclər Düşərgəsi” yekunlaşıb

Aktual

5 Sentyabr 2016, 14:52

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Beynəlxalq Gənclər Düşərgəsi" yekunlaşıb.

 

Tarixi  “İpək yolu” üzərində yerləşən ölkələrin gənclərinin bir araya gəldiyi düşərgə iştirakçıları Gənclər və İdman nazirliyində olublar. Gənclər və İdman nazirinin müavini İntiqam Babayevlə görüşən gənclər Azərbaycanın gənclər siyasəti, eyni zamanda idman sahəsi barədə məlumatlanıldırılıb. Həmçinin işğal altında olan Qarabağ və Ermənistanın təcəvüskar siyasəti barədə də gənclərə geniş məlumatlar verilib.

 

Beynəlxalq düşərgənin yekununda müxtəlif ölkələrdən olan gənclər Azərbaycanla bağlı müsbət fikirlərini ifadə ediblər. Bildirilib ki, öz ölkələrinə qayıtdıqları zaman burada gördükləri və öyrəndikləri barədə təmsil etdikləri təşkilatları, öz ölkələrinin gənclərini məlumatlandıracaqlar.

 

Qeyd edək ki, yerli və xarici gənclər ibarət düşərgənin keçirilməsində əsas məqsəd bu gün dünyada baş verən münaqişələrin, ölkələr, mədəniyyətlər arasındakı ziddiyətlərin fonunda multikultural ənənələrin müxtəlif mədəniyyətlər və dinlər arasında  dialoqun formalaşmasına yardımçı olmaq olub.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi