Modern.az

Bu şəxslər ömürlük həbs ediləcək - prezidentin təqdimatına ŞƏRH  

Bu şəxslər ömürlük həbs ediləcək - prezidentin təqdimatına ŞƏRH   

5 Sentyabr 2016, 15:41

 

Azərbaycanda dini fanatizm və dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına xüsusi cəzalar, o cümlədən ömürlük həbs cəzası tətbiq olunur.

 

Milli Məclisdən verilən məlumata görə, Azərbaycan prezidentinin təqdimatı ilə bununla bağlı Cinayət Məcəlləsinə yeni 278.2 maddəsinin salınması təklif olunur.

Layihə Milli Məclisə təqdim olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.

 

Milli  Məclisin  Hüquq  siyasəti  və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı  Modern.az-a  açıqlamasında  prezidentin  təqdimatını şərh edib.  O bildirib ki,  bu,  zamanında atılmış addımdır.

 

“Dünyada,  dini ekstremizm geniş miqyas alıb. Müxtəlif  düşüncə daşıyıcılarının  ideyalar ətrafında birləşərək  hakimiyyətin zorakılıqla   ələ alınması  tendensiyası  artıq formalaşmaqdadır.  Ayrı ayrı dövlətlərin konstitusion quruluşu üçün çox ciddi  təhlükələr yaratmaqdadır. 

Uzağa  getmək lazım  deyil. Türkiyədə  15 iyul hadisələri  dediklərimizə  çox  aydın  bir misaldır”

Deputat bildirib ki, ərəb ölkələrində ən  müxtəlif  radikal  cərəyanların   törətmiş olduğu terrorlar göz qabağındadır.

 

“Ona görə də ölkə prezidentinin  atmış olduğu bu  addım çox  ciddi  əhəmiyyət kəsb edir  və qabaqlayıcı xarakter  daşıyır. Dövlət başıçısının atmış  olduğu  bu addım,  təqdim etdiyi  təklif  Azərbaycanda   Konstitusiya  quruluşunun  qorunub  saxlanmasına,  Azərbaycanın hüquqi,  dünyəvi və dövlətçiliyimizin möhkəmlənməsinə xidmət  edən bir  töhfədir”.

 

Namidə BİNGÖL

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər