Arxiv
8 Fevral 2011, 12:34 | MÜSAHİBƏ
Ramilə Qurbanlının “Qonaq evi”ndə Fərqanə - fərqli övlad


O qədər gözəldir ki, gözəlliklər onun yanında qürrələnməkdən çəkinir, o qədər gözəl oxuyur ki, bülbül özü susmağa üstünlük verir. O qədər səmimidir ki, onunla ünsiyyətdə qəlbi qaranın da ruhuna işıq düşür, o qədər safdır ki, elə bil dörd uşağın anası deyil, özü körpəcə uşaqdır Fərqanə... Alim Qasmovun qızı...
 

Ruhun təbibi

- Adınızın mənası nədir, fərqli övlad, yoxsa Özbəkistandakı Fərqanə vadisi ilə nə isə bağlılığı var?
- Nənəm o vaxt Özbəkistana gedibmiş, o qayıdanda mən dünyaya gəlmişəm, adımı Fərqanə qoyub.
- Hər halda adının mənası fərqli deməkdir, bəs, o fərqliliyi nə vaxt hiss etdin, yəni muğama bağlılığın nə vaxtdan başladı, nə vaxt hiss etdin ki, oxumasan olmayacaq?
- Mən 7 il musiqi məktəbinə getmişəm, fortepiano sinfinə, 7 ilin yeddisində də ağlaya ağlaya getmişəm, istəmədən, amma muğamla belə olmadı. Atam mənə muğamın incəliklərini öyrətməyə başlayanda böyük həvəslə öyrənməyə toparlandım. Evimizdə hamının muğama həvəsi var, amma görünür götürmək istedadı da hamıya verilmir.  Qəzəlləri də həvəslə öyrəndim, mənimsədim. Elə gözəl ifaçılar var ki, öyrədə bilmirlər. Atamda da ifaçılıq istedadından əlavə, xüsusi ustadlıq istedadı var. Elə öyrədir ki, öyrənməyə bilmirsən.
- Bəs, ustad o şəxsə deyilir ki, öyrətməyi də bacarır, yetişdirir, hər xanəndə ustad deyil, əgər onun yetirmələri yoxdursa...
- Atamın öyrətməyə həm istedadı, həm də böyük həvəsi var. İfaçı var ki, öyrətməyə, başa salmağa tənbəllik edir. Atam oturur dəfi alır əlinə uşaqları, qohum-əqraba, qonşu uşaqları da yığışır, öz uşaqlarımız da. Deyir hərə bir ağız oxusun, sən oxu, sonra o birisinə üzünü tutur. Belə-belə istedad, götürmək qabiliyyəti kimdə var üzə çıxır. Görürəm atam bundan enerji alır. Belə mühitdə, bu abı-havada mən böyüdüm, çətin də olsa da, insandan qeyri-adi qabiliyyətlər tələb etsə də, girdim bu işin altına, çünki sevdim muğamı.
- Balaca cüssəli qızdan böyük fiziki qüvvə də tələb olunurdumu?
- Muğam o qədər də fiziki qüvvə tələb etmir, səsin və ruhun olsun, qalan qüvvəni sənə Tanrı verəcək. Düzdür, cismin də ruhun da sağlam olmalıdır, xəstə cismdən o səs də çıxmaz.  Qəlbin qaradırsa, kin, paxıllıq, həsəd qəlbinə hakim kəsilibsə, muğamla qovuşa bilməyəcəksən. İfa edəcəksən, bu sadə bir ifa olacaq.
- Texnikasını biləcək, amma ruhu ilə ifaçı ola bilməyəcək..?
- Elədir, bu ruhun ifasıdır, muğam ruh sevir. İfa edəcək, amma Alim Qasımov ola bilməz. Yalnız muğamı quruca yolu ilə oxuyacaq.
- İfa etdikcə yerdən qalxırsan, ucalırsan göylərə, Tanrıya qovuşursan, bax o halda muğam oxumuş olursan... Elədir?
- Elədir, bu ruhun musiqisidir.  Qalxmaq lazımdır, ifa etdikcə ayağın yerdən üzülür. Ruhunla ötürürsən muğamı. Həkim iynəni doldurur yeridir adamın cisminə, sən də muğamı ruhunla insanın ruhuna eləcə ötürməlisən. O halda muğamla nə isə deyə bilirsən.
- Mənə elə gəlir ki, muğamla sufizmdə sıx bağlılıq var...
- Var, bizə xaricilər də bu sualı veriblər. Atam deyir ki, vallah mən sufizmi bilmirəm, siz bənzədirsinizsə yəqin əlaqəsi var. İlahi tərəfindən verilmiş təmiz bir enerjidir. Onlarda da dəf vurmaq var. Ümumiyyətlə, müqəddəs kitabda dəf aləti müqəddəs alətdir. Nədənsə səsi haram buyururlar, onu da nə qədər araşdırıram hansı mənada deyildiyinə vara bilmirəm. Bu mənim işim deyil, hərə öz işi ilə məşğul olsa yaxşıdır, amma mənim məşğul olduğum işi haram buyurublarsa, onun niyəsini tapmaq istəyirəm. Axtardım müqəddəs kitabda məhz haram deyildiyini tapa bilmədim. İbadət edirəm, Tanrının yolunu tuturam, belə çıxır ki, sənətimə görə cəhənnəmə düşəcəm, ona görə araşdırdım, elə bir şey tapmadım Quranda.
- Mən də hansısa dini kitabda oxudum ki, “musiqi dinləmə”...
- Bunun hamısı müsəlmançılığın bəzi, insanları çaşdıran, qəsdən, məqsədli şəkildə yaradılmış qollarının nümayəndələrinin əməlidir. Qəsdən müsəlmançılığa ayrı-seçkilik salınır, belə olan halda müsəlmanlar arasında hansı birlikdən danışmaq olar? Mübahisə, fikir ayrılığı olan yerdə birlikdən, qardaşlıqdan danışmaq olar... Bu bir siyasətdir.

 Alimin qızı Fərqanə

- Hansı muğamı daha çox sevirsən?
- Atama elə sual verəndə həmişə deyir övladları bir-birindən ayırmaq olmadığı kimi muğamları da ayırmaq olmaz, hərəsi bir aləmdir.
- Hicaba keçməyinin muğam ifa etməyinlə bir bağlılığı var?
- Məncə yox, muğamla əlaqəli deyil. Namaz qılırdım, amma ruhumda elə bil aclıq vardı, elə bil Tanrıya qovuşmağımda nə isə bir maneə vardı. Ailəmdə də namaz olmamışdı. İnsan dili ilə, qəlbi ilə və bədəni ilə şükür etməlidir. Dilimlə edirdim, qəlbimlə edirdim, bədənim əziyyət çəkirdi. İnsan özü ona doğru getməlidir, ruhun tələbatı olmalıdır. İçindəki Tanrı sevgisi sənə əyil deyir. Həqiqətən də başımı bağlamaqla rahatlığa qovuşdum. Bu bir cihatdır, Tanrı yolunda gözəlliyindən keçirsən. Bu yaxında eşitdim ki, başı bağlı qadın Allahdan qorxandır, kənardan baxanlar da onu belə qəbul etməlidir.
- Deməli, sənin rahatlığın bundadır, bağlamasan narahat olarsan...
- Bəli, gecə vaxtı da küçəyə rahat çıxa bilərəm, hara getsəm bilirəm mənimlə heç kimin işi olmayacaq.
- Bəs, tanınmağın necə, mane olur?
- Yox, o sarıdan da rahatam, görəndə ki, kimsə tanıya bilər, hicaba bir az da güvənirəm, çəkirəm üzümə. Deyəndə ki, Alim Qasımovun qızıdır-xoşuma gəlir
- Hələ də helə deyirlər, istərdinmi nə vaxtsa desinlər ki, hansı Alim? Fərqanənin atası Alim?
- İstəmərəm, ömrüm boyu Alim Qasımovun qızı Fərqanə desinlər. Adamlar, adlar var ki, tarixdən silinmir. Boyağı, şişirdilmiş adlar silinə bilərlər, möhür vurmuş insanlar silinməz, ona Tanrı da yol verməz.
- Sənin üçün elə bu özü fəxri addır?
- Ondan ucası, fəxrisi də yoxdur.
- Kənardan çox ciddi, həmişə düşüncəli görünürsən, heç ürəkdən qəhqəhə ilə güldüyün olub?
- Bədniyabət görünürəm?
- Yox, əksinə, sadəcə adama elə gəlir ki, heç gülmürsən, kənardan ha... Mən yaxından tanıdığım üçün sənin gözlərinin içində o xoş parıltılı gülüşü çox sevirəm, amma onu həmişə, hamı görmür... Evdə uşaqlarla, ailənlə münasibətdə kəskinsən, yoxsa mülayim?
- Gülməyi o qədər də sevən deyiləm, gülə də bilmirəm, hərdən adi bir şeyə ürəkdən gülən adam kimi ürəkdən gülmək istəyirəm, alınmır.  Qəhqəhə ilə gülə bilmirəm. Düşünürəm, qayğılarım çoxdur, ailə-uşaq, sənətimin ağırlığı. Bəzən sənətimdən aylarla uzaqlaşıram,  hərdən qorxuram ki, belə getsə sənətimdən uzaqlaşaram. Uşaqlarla sərt deyiləm, çalışıram onları sözlə başa salım.
- 4 övladın var, təbii ki, çətindir, biri var idi, sonra Tanrı 3-nü birdən verdi, amma  hər adama verməz...
- Allahın nemətidir. Tanrının  pay neməti olur,  sınaq neməti olur, bilmirəm hansıdır mənə verdiyi, amma həmişə şükür edirəm.
- Şükür əlbəttə, indi uşaqlarla dil tapmaq da çətindir...
- Çox, amma dil tapmağa çalışıram, onsuz da öz bildikləri, öz düşüncələri, öz aləmləri var. Tanrı özü vicdanı və abırı onlardan əksik etməsin ki, düzgün yol seçsinlər.

Humayun Fərqanə

- Ovqatın hansı muğam üstündədir?
- “Humayun” mənim ovqatımdadır. Həzindir, düşündürücü muğamdır.
- Eşitdim ki, Londonda konsertdə Alim müəllim sənə oxu deyib, sənin təbin gəlməyib, o, da hirsindən necə “Bayatı-kürd” oxuyubsa, zal heyrətə gəlib və Alim Qasımov o ifanı sənətinin zirvəsi hesab edib. Elədir?
- 20 yaşım olardı, hələ səhnənin xofu basırdı məni. İki mahnıdan sonra dedim oxumaram, istəmirəm planla oxumaq mənlik deyil. Atam dedi oxumursan oxuma, özü çıxdı səhnəyə necə oxudusa... Həqiqətən o “Bayatı-kürd” sənətinin zirvələrindən biridir. Alim müəllimin bir neçə belə ifası var. “Zabul”du, “Şur”du, bir də həmin “Bayatı-kürd”dü əvəzolunmazdır.
- Sənin başına elə bir şey gəlib?
- Yox, mən hələ başlanğıcdayam. Atam  bir muğamı 50 dəfə, 100 dəfə oxuyub 101-ci helə alınıb. Muğam elə adi deyil, istədiyin vaxt, istədiyin kimi oxuyasan.
- Onda sən Alim müəllimi tez-tez elə hirsləndir.
- O da həmişə istədiyin effekti vermir.
- Bir dəfə də necə oxuyubsa, deyirlər burnundan qan açılıb?
- Olub, oxuyanda gərək hər şeyi unudasan. Bax o da mənim yox, məhz Alim müəllimin başına gəlib, deməli mənim Alimə çatmağıma çox var. Atam deyir burnumdan qan açılanda elə bildim indi öləcəm, düşündüm ki, son nəfəsimdirsə dayanmadan oxuyum, elə oxuya-oxuya gedim dünyadan.
- Sonda bir məqama toxunmağın yeri görünür, bütün ailələrdə hardasa 10-15 il sonra bir sınaq dövrü olur. Yoldaşınla münasibətlərdə sınaqlardan yaxşı keçə bildinizmi?
- Keçdik, bilirəm haqqımızda doğru, yalan çox şeylər danışıldı, amma insan səhf edər və bağışlanar. Səhvsiz yalnız Tanrıdır. Yoldaşım səhvən yanlış yol getdi, şükür ki, çox keçmədən səhvini anlayıb qayıtdı o yoldan. Tanrı görünür onu övladlarına bağışladı. Səhv edən axmaq deyil, axmaq odur ki, o səhvi təkrar edir.
- Şükür, sənə layiq olduğun yaxşı nə varsa hamısına qovuşmaq diləyi ilə

Ramilə Qurbanlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə rusiyalı jurnalistlər SAXLANILDI 4 Dekabr 2020, 15:50 Komandir - VİDEO 4 Dekabr 2020, 15:44 Millət vəkilindən azad edilmiş ərazilərə dair maraqlı TƏKLİFLƏR 4 Dekabr 2020, 15:38 Bütövlük və azadlıq uğrunda döyüşən igid neftçilər  4 Dekabr 2020, 15:32 Milli Məclisdə büdcə müzakirələri başlayır - Üç məsələyə diqqət ayrılacaq 4 Dekabr 2020, 15:26 Qarabağda 700-ə yaxın erməni hərbçinin cəsədi TAPILIB 4 Dekabr 2020, 15:20 UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq! 4 Dekabr 2020, 15:15 Rusiyanın yardımı ilə Qarabağda 8 min ev TİKİLƏCƏK 4 Dekabr 2020, 15:13 Səttar Möhbalıyev: Şəhidlərə ehtiramımız sonsuzdur! 4 Dekabr 2020, 15:10 “Türk əsgəri olduğu torpağa həmişə sülh gətirib” - Deputat 4 Dekabr 2020, 15:05 “Şəhidlərimizin qanı nahaq yerə tökülmədi” - Mehriban Əliyeva 4 Dekabr 2020, 15:00 LAÇIN-düşmən üzərində tam Qələbə! 4 Dekabr 2020, 14:55 Naftalanda Vətən müharibəsi şəhidləri yad edildi - FOTO 4 Dekabr 2020, 14:50 Nəqliyyatçılar şəhidləri yad ediblər - VİDEO 4 Dekabr 2020, 14:45 Şuşa qalasında şəhidlərin xatirəsi anıldı - FOTO 4 Dekabr 2020, 14:40 Gəncədə şəhidlərin xatirəsi anılıb - FOTO 4 Dekabr 2020, 14:34 Azərbaycan Ordusunda şəhidlərin xatirəsi anıldı - VİDEO 4 Dekabr 2020, 14:28 Trampın qızı prokurorluqda ifadə verdi 4 Dekabr 2020, 14:22 “Ədalət Vəliyev Prezidentin siyasi kursuna uyğun olaraq partiyalarla yüksək səviyyədə iş qura bildi” 4 Dekabr 2020, 14:16 Təhsil naziri şəhid olan müəllimlərlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 14:10 Rasim Musabəyov: “Mən axı kiməm ki, türk sülhməramlılarının Qarabağa gəlib-gəlməməsinə mövqe bildirim...” 4 Dekabr 2020, 14:04 Rusiyalı jurnalist Amin Musayevin həyatını necə xilas etdi? - TƏFƏRRÜAT 4 Dekabr 2020, 13:58 Azərbaycan 2 Ermənistan vətəndaşını AZAD ETDİ 4 Dekabr 2020, 13:52 Ceyhun Bayramov şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 13:46 Heydər Əliyev Fondunun dəstəyi ilə Əbədi zirvə” musiqi kompozisiyası hazırlandı - VİDEO 4 Dekabr 2020, 13:40 Rusiya-Ukrayna sərhədində atışma: 1 ölü, 2 yaralı 4 Dekabr 2020, 13:34 “Bu gün Kəlbəcərdəki Alban kilsəsində şəhidlər üçün dualar oxunur” - QMİ sədri 4 Dekabr 2020, 13:28 Bizim Əsgər - Tək övladını döyüşə göndərən ANA: “Özümü hər cür xəbərə hazırlamışdım” - MÜSAHİBƏ 4 Dekabr 2020, 13:22 “İlham Əliyev tarixə Fateh kimi daxil oldu” - Şeyxülislam 4 Dekabr 2020, 13:16 Ermənistan əhalisinin 45%-i Paşinyanın istefasını tələb edir – SORĞU 4 Dekabr 2020, 13:10 Şənbə günü hava necə olacaq? 4 Dekabr 2020, 13:05 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə enəcək 4 Dekabr 2020, 13:00 Sahibə Qafarova anım günü ilə bağlı paylaşım etdi 4 Dekabr 2020, 12:55 Şəhidlərin ruhuna vəhdət namazı qılındı - FOTO 4 Dekabr 2020, 12:50 Hansı universitet imtahanlarda tələbələrə güzəşt edəcək... 4 Dekabr 2020, 12:44
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?