Modern.az

Elman Rüstəmovun beynəlxalq reytinqi aşağı düşdü

Elman Rüstəmovun beynəlxalq reytinqi aşağı düşdü

Aktual

5 Sentyabr 2016, 16:45

Global Finance jurnalı ən yaxşı Mərkləzi Bank (MB) rəhbərlərinin reytinqini dərc edib.

Azərbaycan Asiyaya aid edilib və Azərbaycanın Mərkəzi Bank sədri Elman Rüstəmov Asiya ölkələrinin bankirləri arasında ən aşağı reytinq alıb.

Onun reytinqi “D”dir. Ondan başqa bu regionda heç bir MB sədri ən aşağı “D” qiymətini almayıb.

Ümumiyyətlə, siyahıda dünyanın 74 ölkəsinin MB sədri var. Onlar arasında Elman Rüstəmov kimi ən aşağı olan “D” qiymətini cəmi 3 nəfər alıb. Onlar - Rüstəmovdan başqa, Venesuela MB sədri Nelson Merentes və Qvatemala MB sədri Julio Roberto Suarezdir.

Elman Rüstəmovun keçənilki reytinqi daha yüksək idi – “C”.

Jurnala görə? dünyanın ən yaxşı MB sədrləri isə İsrail, Livan, Paraqvay, Peru, Rusiya, Filippin, Tayvan və Böyük Britaniya MB sədrləridir.

Onların reytinqi “A”dır. ABŞ Fed sədri Janet Jellenin reytinqi bir qədər aşağıdır – “A-“

Jurnal bildirir ki, tam hesabat oktyabr ayında çıxacaq.



Ağa Akifoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi