Modern.az

“İrəli” sədri: "Referendumda gənclərimiz aktiv şəkildə iştirak edəcək"

“İrəli” sədri: "Referendumda gənclərimiz aktiv şəkildə iştirak edəcək"

5 Sentyabr 2016, 18:26

“Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Konstitusiya Referendumu layihəsi və etdiyi dəyişikliklər hazırda ən aktual olan mövzulardandır”. Bunu Modern.az-a açıqlamasında “İrəli” İB-nin sədri Mirhəsən Seyidov deyib.

Onun sözlərinə görə, sentyabrın 26-da  ölkəmizdə keçiriləcək referendum dövlətçiliyimizin daha da gücləndirilməsi istiqamətində atılan addımlardan biridir.

“Bunun üçün aparılan reformalarda (“islahatlarda”) hər bir Azərbaycan vətəndaşı, xüsusən də gənclər bu seçkilərdə aktiv iştirak edəcəklər. Azərbaycan Gəncliyinin hər zaman inkişafını düşünən ölkə başçısı İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün dünyada baş verən sosial-iqtisadi proseslər fonunda ölkəmizdə inkişaf üçün ciddi addımlar atılır. Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan əlavə dəyişikliklər mahiyyət etibarı ilə cəmiyyətdə sosial ədalətin genişləndirilməsinin, insan hüquqlarının təminatının, habelə ali hakimiyyət institutlarının təkmilləşdirilməsinə xidmət edir”.

M. Seyidov onu da qeyd edib ki, konstitusiyada edilməsi nəzərdə tutulan dəyişikliklər gənclərdə daha çox həvəs yaradır:

“Konstitusiyada edilməsi nəzərdə tutulan dəyişiklərə nəzər salsaq əgər bir çox məsələlər də idarəetmə zamanı gənclərin daha çox imkanların yaranmasına gətirib çıxarır ki, bu da biz gəncləri daha çox həvəsləndirir. Beləliklə, 18 yaşına çatmış hər vətəndaşa vətəndaşlıq hüququndan, seçmək və seçilmək hüququndan tam istifadə imkanı yaranacaq. Vətəndaşlardan sorğu zamanı da, gənclərin bu dəyişikliyi müsbət qarşıladığının şahidi oluruq.

Mən inanıram ki, gənclərimiz bu prosesdə aktiv iştirak edərək, 26 sentyabr Seçki məntəqələrinə gedərək, həmrəylik nümayiş etdirəcəkdir”.  

Qeyd edək ki, Mirhəsən Seyidov Referendum üzrə “Vətəndaş cəmiyyəti” təşviqat qrupunun səlahiyyətli nümayəndəsidir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub