Modern.az

2010-cu ildə kompüterlərin üçdə biri virus hücumuna məruz qalıb

2010-cu ildə kompüterlərin üçdə biri virus hücumuna məruz qalıb

8 Fevral 2011, 13:03
2010-cu ildə Avropa İttifaqı ölkələrində internet istifadəçilərinin təxminən üçdə bir hissəsi virus hücumuna məruz qalıb. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu barədə Eurostat Avropa statistika agentliyinin hesabatına istidadla xəbər verib.
Virus hücumları hallarının əksər hissəsi Bolqarıstanda qeydə alınıb. Buradakı kompüterlərin 58 faizi virus hücumlarının qurbanı olub. Müvafiq siyahının ikinci pilləsində Malta (50%), üçüncü pilləsində isə Slovakiya yer alıb (47%). Bununla belə virus hücumları səviyyəsi Macarıstan (46%) və İtaliyada (45%) yüksəkdir. Ən kiçik həmlə səviyyəsi isə Avstriya (14%), İrlandiya (15%), Finlandiya (20%) və Almaniyada (22%) qeydə alınıb.
Bu zaman zərərçəkmişlərin təqribən 3 faizi kiberdələduzluğun qurbanı olduğunu və pul itirdiklərini bildiriblər.
Eyni zamanda sorğuda iştirak edənlərin 84 faizi kompüterlərində mühafizə sistemlərinin olduğunu qeyd ediblər. Mühafizə olunan kompüterlərin əksər hissəsi Niderlandın payına düşür. Belə ki, burada kompüterin təqribən 96 faizində antivirus proqramları istifadə edilir. Bu siyahıda isə Niderlanddan sonra Lüksemburq, Malta və Finlandiya yer alıblar ki, həmin ölkələrdə 91 faiz kompüterlər xüsusi proqramlarla mühafizə olunur.
Eurostat-ın hesabatında qeyd olunur ki, Avropa İttifaqı ölkələrində evlərin yalnız 14 faizində uşaqların Şəbəkədəki hərəkətləri nəzarət olunur. İnternetdə uşaqların təhlükəsizliyinə əsasən Lüksemburq və Sloveniyada diqqət yetirilir. Belə ki, bu ölkələrdə kompüterlərin 25 faizində uşaqların Şəbəkədəki təhlükəsizliyinə dair xüsusi proqramlar istifadə olunur.

Yeri gəlmişkən, fevralın 8-də dünyada Təhlükəsiz İnternet Günü (Safer Internet Day) qeyd olunur.
2004-cü ildə Avropa Komissiyası tərəfindən təşəbbüs edilən bu Gün internetin təhlükəsizliyinin təmin olunması istiqamətində reallaşdırılan qlobal kampaniyanın bir hissəsidir və hər fevral ayının ilk çərşənbə axşamı qeyd olunur. Həmin gün təşkil olunan tədbirlər internet-texnologiyaların əsasən uşaqlar və gənclər arasında daha təhlükəsiz və məsuliyyətli istifadə olunmasının təbliğatına yönəldilir.
Təhlükəsiz İnternet Gününün Avropa İttifaqının dəstəyi ilə əsas təşkilatçısı və əlaqələndiricisi INSAFE (European Safer Internet Network) təşkilatıdır.
Qeyd edək ki, 2011-ci ilin mövzusu “Bu adi bir oyundan daha ciddidir, bu sənin həyatındır” şüarı ilə cəmləşdirilən “bizim virtual həyatlarımız” anlamıdır.
Dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda Təhlükəsiz İnternet Gününə (Safer Internet Day) həsr olunmuş tədbirlər keçiriləcək.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?