Modern.az

Misirdə vəziyyət nə yerdədir?

Misirdə vəziyyət nə yerdədir?

8 Fevral 2011, 13:42


Misirdə hökumət əleyhinə çıxışların başlanmasından iki həftə keçmiş minlərlə nümayişçi hələ də Qahirənin mərkəzindəki Təhrir meydanını tərk etməyib.

Prezident Mübarəkin istefaya getməsini tələb edən nümayişçilər əvəlki kimi israrlıdırlra.

Bu, müxalifətlə yeni təyin edilmiş vitse-prezident Ömər SüLeyman arasında gedən danışıqlarda müzakirə edilən əsas tələbdir.

BBC-nin Qahirədən verdiyi məlumata görə, ordu meydanın zəbt edilməsinə dözür və etiraz edənlər öz aksiyalarının mənasını itirmək təhlükəsi ilə üzləşiblər. Beləki, şəhərdə normal həyat tərzi bərpa olunmaqdadır.

Ötən gün Misirin yeni kabineti dövlət sektoru işçilərinin maaşının artırılması barədə qərar qəbul edib.

İnsan haqları təşkilatı "Human Rayts Voç" Misirdəki etirazlarda təxminən 300 adamın həlak olduğunu bildirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi