"Bizim Azərbaycan, Türkmənistan, Rusiya və Avropa İttifaqının (Aİ) nümayəndələrinin iştirakı ilə görüş keçirməyə ehtiyacımız var".
Modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, bunu Bolqarıstanın baş naziri Boyko Metodiyev Borisov Varna şəhərində keçirilən enerji konfransında çıxışı zamanı deyib.
Borisovun sözlərinə görə, Bolqarıstan regionda qaz "hub"ı olmağa hazırdır: “Gələcəkdə Brüsselin qadağa məktubunun qarşısını almaq üçün Azərbaycan, Rusiya, Türkmənistan və Aİ-nin nümayəndələrinin iştirakı ilə görüş keçirilməlidir”.
Baş nazir deyib ki, rəsmi Moskva və Sofiyanın tarixi ənənələrə söykənən əməkdaşlığı var.
Qeyd edək ki, hər iki tərəf 2014-cü ilin iyununda icrası dayandırılan "Cənub axını"nda iştirak edib
Modern.az