Modern.az

Ailəsi Elçibəyin adının əbədiləşdirilməsini istəyir

Ailəsi Elçibəyin adının əbədiləşdirilməsini istəyir

Hadisə

6 Sentyabr 2016, 16:27

“Elçibəyin adının əbədiləşdirilməsi üçün Dövlət Komissiyasına müraciət  etmişik. Hələ ki  konkret cavab gözləyirik”.

Bunu Modern.az saytına açıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin qardaşı  Almurad Əliyev deyib. 

O,  bildirib ki, məsələnin nə yerdə qalması ilə bağlı yenə də komissiyaya müraciət edəcəklər.

“2-3 ay olar ki, ailəliklə qərara gəlib müraciət ünvanladıq. Üstündən bir müddət  keçəndən sonra  məsələnin nə yerdə qalması ilə maraqlandıq. Onda da dedilər ki, “hələ gözləyin. Sizə cavab veriləcək”. Biz də gözləyirik. Bu yaxınlarda yenə də nə vaxt cavab verəcəklərini soruşacağıq”.

Qeyd edək ki, bu vaxta qədər mərhum eks-prezident Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsi barədə heç bir təşəbbüs göstərilməyib.


Namidə BİNGÖL

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır