Modern.az

Rusiya qış vaxtına keçidi ləğv edir

Rusiya qış vaxtına keçidi ləğv edir

8 Fevral 2011, 19:25

Rusiya 30 ildən sonra ölkə ərazisində yay və qış vaxtlarına keçidi ləğv edir. Modern.az-ın məlumatına görə, Rusiya mətbuatı xəbər verir ki, bu barədə ölkə prezidenti Dmitri Medvedev bildirib. Prezident deyib ki, 2011-ci ilin payızından etibarən Rusiyada saatların  əqrəbi bir saat geriyə çəkilməyəcək.
 
“Mən bi ilin payızında qış vaxtının tətbiq olunmamasına dair qərar qəbul etmişəm. Və buna müvafiq olaraq hökumətə öz tapşırıqlarımı verirəm”deyə D.Medvedev gənc alimlərlə görüşdə söyləyib.   

Yay və qış vaxtına keçidlə əlaqədar hər ilin martında saatların əqrəbinin 1 saat irəli, oktyabrda isə 1 saat geri çəkilməsi praktikası bir çox ölkələrdə tətbiq olunur. Eləcə də Azərbaycanda.

Alimlər hesab edir ki, belə praktika ilk vaxtlar insanların bioloji ritminə üyğun deyil və sağlamlığa ziyandır.  

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir