Modern.az

Bakıda tibbi aksiya - 19 manata “Check-up” müayinə

Bakıda tibbi aksiya - 19 manata “Check-up” müayinə

9 Sentyabr 2016, 13:11

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan ASAN xidmət mərkəzlərində “Check-up” müayinələrə başlanılacaq.

 

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) PR və Marketinq üzrə mütəxəssisi Səadət Hənifəyevanın Modern.az-a verdiyi məlumata görə, ümumi “Check-up” müayinələri iki kateqoriya üzrə aparılacaq:

“6 dəqiqəyə 27 (aclıq) və 23 (toxluq) meyarı üzrə müayinədən keçən hər bir vətəndaşın sağlamlıq nəticələri anındaca SMS şəklində onun telefonuna göndəriləcək. Müayinənin ümumi qiymət 19 manat müəyyən olunub”.

 

Yaş həddinə gəlincə, qurum rəsmisi istənilən yaşda olan şəxsin, uşaq, böyük fərqi qoyulmadan “Check-up” müayinəsindən keçə biləcəyini deyib.


S.Hənifəyeva aksiyanın vaxtının yaxın günlərdə açıqlanacağını bildirib.

 

Gülşən RAUFQIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi