Modern.az

Natiq Cəfərli azadlığa buraxıldı

Natiq Cəfərli azadlığa buraxıldı

Aktual

9 Sentyabr 2016, 19:50

“Real” hərəkatının icraçı katibi Natiq Cəfərli azadlığa buraxılıb.

 

Bu barədə vəkil Cavad Cavadlı Apa-ya açıqlamasında bildirib.

 

O qeyd edib ki, Nəsimi rayon məhkəməsi N. Cəfərli ilə bağlı həbs-qətimkan tədbirinin ləğvi barədə qərar verib.

 

N. Cəfərli özü isə Apa-ya açıqlamasında bu qərarın Baş Prokurorluğun təqdimatı əsasında verildiyini qeyd edib.

 

“Lakin mənim barəmdə olan cinayət işinin araşdırılması davam edir”, - deyə o vurğulayıb.

 

Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

N. Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır