Modern.az

Gəncədə yeniyetmə bıçaqlanıb

Gəncədə yeniyetmə bıçaqlanıb

9 Sentyabr 2016, 21:25

Gəncədə bıçaqlanma olub. Modern.az saytı xəbər verir ki, şəhər sakini, 1999-cı il təvəllüdlü Asiman Ziyad oğlu Səfərov qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

APA-nın məlumatına görə, dərhal əməliyyat edilən yeniyetmənin vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə A. Səfərov mübahisə zəminində şəhərin mərkəzində bıçaqlanıb. Onun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub