Modern.az

İki idmançımız finala yüksəlib

İki idmançımız finala yüksəlib

9 Sentyabr 2016, 21:36

2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında iştirak edən cüdoçu Ramil Qasımov daha finala yüksəlib. Modern.az saytı “Report”a istinadən xəbər verir ki, paralimpiyaçı 73 kq çəkidə gedən mübarizənin qızıl medalçısını müəyyən etmək üçün ukraynalı Dmitro Solovey və özbəkistanlı Feruz Sayidov arasında keçirilən döyüşün qalibi ilə tatami üzərinə çıxacaq.

 

81 kq-da çıxış edən Rövşən Səfərov aktivinə bürünc medal qazandıra bilər. Bunun üçün o, 2 qələbə qazanmalıdır. R.Səfərovun təsəlliverici görüşdəki rəqibi argentinalı Xose Effrondur.

 

Qadınların mübarizəsində isə Səbinə Abdullayeva medalsız qalıb. O, 57 kq-da gedən mübarizənin təsəlliverici görüşündə Çin paralimpiyaçısı Liyinq Vanqa uduzub.

 

Bundan başqa, atletika yarışında çıxış edən Yelena Çebanu da adını finala yazdırıb. O, 100 metr məsafəni 11.81 saniyəyə qət edib.

 

Atıcılıq yarışlarında iştirak edən Yelena Taranova isə paralimpiadanı 4-cü pillədə tamamlayıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır