Modern.az

Lavrovla Çavuşoğlu müzakirə apardılar

Lavrovla Çavuşoğlu müzakirə apardılar

10 Sentyabr 2016, 09:26

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu telefonla müzakirə aparıblar.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, xarici siyasət idarəsinin rəhbərləri Suriya böhranını və atəşkəsin imzalanması perspektivini müzakirə ediblər.



Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-də Suriyada “İslam dövləti” (İŞİD) terror təşkilatına və PKK-nın Suriya qanadı YPG-yə qarşı "Fərat qalxanı" adı verilən hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar hələ də davam edir.

 

Aqşin Kərimov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir