Modern.az

Seçki bülletenləri bu tarixdən paylanılacaq

Seçki bülletenləri bu tarixdən paylanılacaq

10 Sentyabr 2016, 14:50

Sentyabrın 14-dən referendumla əlaqədar seçki bülletenlərinin Dairə Seçki Komissiyalarına paylanılmasına başlanılacaq.

 

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən növbəti iclasında çıxış edən MSK sədri Məzahir Pəhanov bildirib.

 

Onun sözlərinə görə, referendumu müşahidə etmək üçün dairələrdə artıq 46569 müşahidəçi qeydə alınıb.

M.Pənahov qeyd edib ki, dairələrdə müşahidəçilərin qeydiyyatı davam edir və bu, referenduma 5 gün qalana qədər davam etdiriləcək.

 

M.Pənahov deyib ki, referendumu izləmək üçün MSK-da 1057 müşahidəçi qeydiyyatdan keçib. Onların 777-i QHT-lərdir.

 

Bildirilib ki, seçki günü müşahidəçilərin müraciətlərinə dərhal münasibət bildirilməlidir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı