Modern.az

Keçmiş icra başçısının oğlunu öldürənlə bağlı Avropa Məhkəməsinə MÜRACİƏT

Keçmiş icra başçısının oğlunu öldürənlə bağlı Avropa Məhkəməsinə MÜRACİƏT

10 Sentyabr 2016, 15:39

Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum olunan Vüqar Əliyevlə bağlı  Avropa Məhkəməsinə müraciət olunub.

 

Modern.az xəbər verir ki, bu haqda vəkil Əsabəli Mustafayev məlumat verib.

 

Vəkil işə ədalətli baxılacağına ümid etdiyini bildirib:

 

“Avropa Məhkəməsinə göndərdiyim 300 yaxın işlərin içərsində daha həssas yanaşdığım, araşdırılmasını səbirsizliklə gözlədiyim bir iş üzrə kommunikasiya başladı. Bu Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirilməsi ilə bağlı əsassız olaraq ömürlük azadlıqdan məhrum olunmuş Vüqar Əliyevin işidir.

 

Ümid edirəm ki, hökumət bu dəfə onun işinə ədalətlə baxılmasını təmin edəcək”.

 

Vüqar Əliyev 2003-cü ildə Aslan Aslanovun oğlu Ruslan Aslanovun öldürülməsində təqsirli bilinərək ömürlük həbs cəzası alıb. O, Qobustan qapalı həbsxanasına saxlanılır. Hadisədə onunla birlikdə həbs edilərək 12 il həbs cəzası alan Lamiyə Quliyeva Baş Prokurorluğun verdiyi protestlə azadlığa buraxılıb.

 

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub