Modern.az

Bakıda qurbanlıq heyvanları ucuz qiymətə bu yerlərdən almaq olar - SİYAHI

Bakıda qurbanlıq heyvanları ucuz qiymətə bu yerlərdən almaq olar - SİYAHI

10 Sentyabr 2016, 17:01

Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakı şəhər əhalisinə bazar qiymətindən daha ucuz qurbanlıq heyvanların satışını təklif edir.

 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin Modern.az-a verdiyi məlumata görə, qurbanlıq heyvanların satışı 4 ünvanda həyata keçiriləcək:

 

Xətai rayonu, “Nargilə” kafesinin yanı;

Qaradağ rayonu “Meyvəli Ticarət Mərkəzi”nin yanı;

Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, “Keşlə” bazarının yaxınlığında;

Yasamal rayonu, Şərifzadə küçəsində.

 

M.Hacıyev deyib ki, bayramla əlaqədar eyni zamanda ənənəvi olaraq 5 ünvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir.

 

“Qurban bayramı ilə əlaqədar daha çox məhsul, daha çeşid müştərilərə təklif olunur”.

 

Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir