Modern.az

Bağlanmış 9 bankın əmanətçilərinə 252 milyon ödənildi

Bağlanmış 9 bankın əmanətçilərinə 252 milyon ödənildi

10 Sentyabr 2016, 17:49

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən 9 sentyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 30 milyon 198 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 906 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 16 milyon 800 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 763 min manatdan artıq kompensasiya ödənilib.

 

Modern.az-ın verdiyi məlumata görə, 4 bank üzrə ümumilikdə 93 miyon 667 min manatdan artıq kompensasiya ödənilib.

 

9 sentyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 12 milyon 146 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 527 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 13 milyon 673 min manatdan artıq kompensasiya ödənilib.

 

9 sentyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 925 min 721 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 723 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 144 milyon 739 min manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 252 milyon 079 min manatdan artıq kompensasiya ödənilib.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir