Modern.az

ABŞ Natiq Cəfərlinin azadlığa buraxılmasını alqışlayır

ABŞ Natiq Cəfərlinin azadlığa buraxılmasını alqışlayır

10 Sentyabr 2016, 20:58

Amerika Birləşmiş Ştatları (ABŞ) REAL hərəkatının icraçı katibi Natiq Cəfərlinin azadlığa buraxılmasını alqışlayır. Modern.az saytı xəbər verir ki, APA-nın xəbərinə görə, bu barədə  ABŞ-ın dövlət katibi Con Kerrinin bəyanatında bildirilir.

 

Bəyanatda, həmçinin, ABŞ-ın sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun ərəfəsində açıq və ictimai dialoqu dəstəklədiyi də qeyd olunur.

 

“Azərbaycan hökumətindən əlavə müsbət addımların atılacağını gözləyirik”, -deyə bəyanatda bildirilir.

 

Qeyd edək ki, N. Cəfərli bu il avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

O, Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilib.

 

Sentyabrın 9-da isə məhkəmə Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinin təqdimatı əsasında N. Cəfərlinin azadlığa buraxılması barədə qərar qəbul edib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı