Modern.az

Daha bir təşkilat “exit-poll”  keçirəcək

Daha bir təşkilat “exit-poll”  keçirəcək

10 Sentyabr 2016, 21:41

Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Modern.az saytına verilən məlumata görə, iclasda  sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində “exit-poll” keçirmək niyyəti ilə “Rəy” Monitorinq Mərkəzi tərəfindən MSK-ya ünvanlanmış müraciətə baxılıb. Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılaraq iclasa çıxarılmış müraciət Komissiya üzvləri tərəfindən müzakirə olunduqdan sonra “Rəy” Monitorinq Mərkəzinin “exit-poll” keçirmək üçün qeydə alınması barədə qərar qəbul olunub.

İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi