Modern.az

“Neftçi”dən biabırçı məğlubiyyət: 8:0

“Neftçi”dən biabırçı məğlubiyyət: 8:0

Aktual

10 Sentyabr 2016, 22:23

Bu gün Topaz Premyer Liqasında IV turun daha bir oyunu baş tutub. Modern.az saytı xəbər verir ki, “Qəbələ” ilə qarşılaşan “Neftçi” bu oyunu da Masazırda keçirib. Çempionata uğursuz start verən və ilk 3 turda bir qələbə və 2 məğlubiyyət alan “Neftçi” bu dəfə də yaşıl meydanı məğlub tərk edib. Amma bu dəfə paytaxt komandası əyalət klubuna 8:0 hesabı ilə məğlub olub. Belə ki, 5-ci dəqiqədə Dabonun hesabı açmasından 10 dəqiqə sonra fərq 3 qol, ilk yarının tamamında isə artıq 5:0 idi.

İkinci hissədə daha 3 qol vuran qonaqlar “Neftçi”yə biabırçı məğlubiyyət acısı yaşadıb.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi