Modern.az

Bərdədə yanğın mal-qaranı məhv edib

Bərdədə yanğın mal-qaranı məhv edib

Aktual

10 Sentyabr 2016, 22:34

Bərdə rayonunda yanğın hadisəsi baş verib. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Mirzəxan kəndində qeydə alınıb. Belə ki, kənddə vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 25 m2 sahədə və damına yığılmış 5.5 ton ot bağlamasının 2 tonu və 1.5 tonluq plastik su çəni yanıb. Yanğın zamanı tövlənin içərisində olan 3 baş iribuynuzlu heyvandan 2 baş heyvan tüstüdən boğularaq tələf olub.

Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub və 1 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas edilib.

Yanğın saat 18:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür