Modern.az

İcbari sığorta elektron satılacaq - VİDEO

İcbari sığorta elektron satılacaq - VİDEO

Aktual

10 Sentyabr 2016, 22:56

Avtomobillərin icbari sığortasının elektron satışının tətbiqinə az qalıb. İcbari sığortalar haqqında qanuna edilən dəyişikliyə əsasən icbari sığorta müqavilələrinin elektron qaydada bağlanılması nəzərdə tutulub. Modern.az saytı Xezerxeber.com-a istinadən xəbər verir ki, müqavilələrin kağız daşıyıcada da bağlanılması mövcud olacaq. Yəni sürücülər hər iki variantdan istifadə edə biləcəklər. Elektron müqavilənin tətbiq edilməsində məqsəd sürücülərin işini daha da asanlaşdırmaqdır

 

İcbari sığortanı elektron qaydada əldə etmək üçün sürücülər elektron imza almalı olacaqlar.

 

Elektron hökumət portalı ilə yanaşı sürücülər poçt bölmələrinə də yaxınlaşaraq elektron imza ala bilərlər.

 

Mövzu ilə bağlı daha ətraflı vodeomaterialı təqdim edirik:

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi