Modern.az

Qaxda bir ailənin 4 üzvü zəhərlənib

Qaxda bir ailənin 4 üzvü zəhərlənib

10 Sentyabr 2016, 23:42

Qaxda bir ailənin 4 üzvü zəhərlənib.  Modern.az saytı xəbər verir ki, Qax Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saat 22 radələrində rayonun Çüdüllü kəndindən bir ailənin biri ağır olmaqla 4 üzvü zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. İlkin araşdırma zamanı məlum olub ki, ailə yemək bişirən zaman xörəyə duz əvəzinə kimyəvi maddə olan və dezinfeksiya üçün istifadə edilən “xlorofos” adlı maddə töküb.

 

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən xəstələr həkimlər tərəfindən müayinə olunur və şəxsiyyətləri dəqiqləşdirilir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?