Modern.az

Deputatdan jurnalistin atasına dəstək: "Dualarımızı əskik etməyək"

Deputatdan jurnalistin atasına dəstək: "Dualarımızı əskik etməyək"

11 Sentyabr 2016, 13:33

"“Əlli dörd gün erməni mühasirəsində” kitabının yazarı, Laçın rayonundan məcburi köçkün, dəyərli jurnalistlərimizdən biri İmdad Əlizadənin atası Əli müəllimin müalicəsi ilə bağlı İmdad bəylə birlikdə Avrasiya Klinikasında dəyərli həkimlərimizdən olan Əli Musayevlə geniş söhbət etdik”.


Modern.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva özünün Facebook səhifəsində paylaşıb.

 

“Bilirsiniz ki, Əli müəllim neçə aydır ki komadadır və indi Mərkəzi Klinik Xəstəxanada yenidən həyata qayıtmaq üçün mübarizə aparır. Həkim Əli Musayev çox optimisdir. Əli müəllim bu neçə ayda sözün əsl mənasında yaşamaq üçün mübarizə aparıb.

Məcburi köçkün olan ailənin Əli müəllimin müalicəsini davam etdirməyə imkanları tamamilə tükənib. Bu gün  Park Bulvarda Əli müəllimin müalicəsinə maddi dəstək üçün onun təkrar nəşr edilmiş “Əlli dörd gün erməni mühasirəsində” kitabının satışı tədbiri davam edəcək. Bu aksiyanın sonuncu günü olacaq. Ona görə də aksiyada iştirak etməyən bütün insanları Əli üəllimin ailəsinin çağırışına qoşularaq  Park Bulvara dəvət edirik. İnanırıq ki, maddi dəstəyinizi və dualarınızı əskik etməyəcəksiniz. İmkanı olan əziz dostları Əli müəllimin oğlu İmdad Əlizadəyə 050 506 86 90- zəng edib dəstək ola bilərlər. Kiçik və ya böyük olmasından asılı olmayaraq, dəstək göstərmək çox böyük bir savab olardı. Dostları Əli müəllimə dəstək olmağa səsləyirəm. Allah tezliklə şəfasını versin!”-deyə, deputat qeyd edib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir