Modern.az

"Azərbaycan ordusu döyüş tapşırığını yerinə yetirməyə tam hazırdır"

"Azərbaycan ordusu döyüş tapşırığını yerinə yetirməyə tam hazırdır"

11 Sentyabr 2016, 14:06

 

Azərbaycan ordusu döyüş tapşırığını yerinə yetirməyə tam hazırdır. 

Modern.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin 109 saylı Hərbi hissənin komandiri general-leytenant, Milli qəhrəman Rövşən Əkbərov deyib.

Onun sözlərinə görə, Azərbaycan ordusu işğal altındakı torpaqları azad etməyə hər zaman hazırdı.

"Bizim ordumuz bu gün möhkəmdir. Şəxsi heyətin psixoloji vəziyyəti çox yüksəkdir. Ali Baş Komandan cənab İlham Əliyevin əmrini yerinə yetirməyə hazırıq. Azərbaycan Prezidenti münaqişənin sülh yolu ilə həll olunması üçün çalışır", - deyə Rövşən Əkbərov bildirib.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır