Modern.az

Prezident İcra Hakimiyyətinin yeni inzibati binasını açıb

Prezident İcra Hakimiyyətinin yeni inzibati binasını açıb

Təhsil

10 Fevral 2011, 17:06

Prezident İlham Əliyev fevralın 9-da Samux Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib. (AzərTAc).
İndiyədək Samux RİH 1937-ci ildə tikilmiş binada yerləşirdi. Prezident İlham Əliyevin tapşırığına əsasən, 2009-cu ildə yeni inzibati binanın inşasına başlanmış və tikinti 2010-cu ildə başa çatdırılıb. İkimərtəbəli binanın foyesində Heydər Əliyevin büstü qoyulub, mərhum dövlət başçısının və Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini əks etdirən fotoguşə yaradılıb. Müasir avadanlıqla təchiz edilən  binada 280 nəfərlik iclas salonu, konfrans salonu, 57 iş otağı və qəbul otağlarından ibarətdir.
Yeni bina ilə tanış olan dövlət başçısı icra hakimiyyətinin əməkdaşlarına uğurlar arzulayıb.

Prezidentə həmçinin yaxınlıqda yaradılmış Dövlət bayrağı meydanı haqqında da məlumat verilib. Bildirilib  ki, 8,7 min kvadratmetr sahəsi olan meydanın mərkəzində ucaldılan 36 metr hündürlüyündə metal dirəkdə Azərbaycanın dövlət bayrağı dalğalanır. Meydanda müasir işıqlandırma sistemi quraşdırılıb, dekorativ ağaclar əkilib, yaşıllıq salınıb.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat