Modern.az

İlham Əliyev Goranboya gedib, məcburi köçkünlər üçün binanın açılışına qatılıb

İlham Əliyev Goranboya gedib, məcburi köçkünlər üçün binanın açılışına qatılıb

10 Fevral 2011, 17:17

Respublikanın Qərb bölgəsində səfərdə olan Prezident İlham Əliyev fevralın 10-da Goranboy rayonuna gedib. Dövlər başçısı burada Heydər Əliyevin abidəsini ziyarət edib.

Prezident Goranboyda 688 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan yaşayış məhəlləsinin açılışında iştirak edib. O, Xocalı rayonundan məcburi köçkün, şəhid ailəsi Sədaqət Ağayarovanın evində olub. Mənzildə yaradılan şəraitlə yaxından tanış olan İlham Əliyev köçkün ailəsi ilə çay süfrəsi arxasında söhbət edib. Dövlət başçısı deyib ki, Azərbaycan dövlətinin siyasəti, xüsusilə də xaricdəki fəaliyyəti nəticəsində Xocalı haqda həqiqətlər dünya birliyinə çatdırılıb. Bu məsələdə həm səfirliklər, həm Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində bütün ölkələrdə Xocalı həqiqətlərinin çatdırılması üçün müxtəlif tədbirlər görüldüyünü deyib.

İlham Əliyev məhəllədə inşa olunan Xocalı şəhər 1 saylı orta məktəbin həyətində pəhləvan Məzahir Qəhrəmanovun nümunəvi çıxışına baxıb. Dövlət başçısı gənc ifaçıların çıxışına da tamaşa edib.

Sonra Prezident İlham Əliyev yeni məhəllənin sakinləri ilə görüşüb. Dövlət başçısı yeni evlərin istifadəyə verilməsi münasibətilə məcburi köçkünləri təbrik edib. Bildirib ki, işğaldan əziyyət çəkənlərin yaxşı şəraitdə yaşaması üçün burada böyük qəsəbələr salınacaq. “Bu bizim siyasətimizdir” deyən dövlət başçısı Dövlət Neft Fondunun ilk gəlirlərinin məhz bu məqsədlərə yönəldildiyini qeyd edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev dövlətimizin məsələni sülh yolu ilə həll etməyə çalışdığını deyib. Bildirib ki, “bu gün bizim güclü ordumuz var və bu ordu istənilən halda öz torpaqlarını işğalından azad edə bilər”.
Dövlət başçısı vurğulayıb ki, bundan sonra da ərazi bütövlüyümüzün bərpası üçün səylər davam etdiriləcək.

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə Goranboyda 688 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli yaşayış binalarından ibarət məhəllənin baş planı və texniki-iqtisadi göstəriciləri barədə məlumat verib.  Bildirib ki, yeni  istifadəyə verilən 3 beşmərtəbəli yaşayış binasında evlərin 40-ı bir otaqlı, 80-ni iki otaqlı, 40-ı üç otaqlı, 5-i isə dörd otaqlıdır.

Modern.az  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat