Modern.az

Daha bir ölkədə “Sevgililər günü” qadağan olundu

Daha bir ölkədə “Sevgililər günü” qadağan olundu

Təhsil

10 Fevral 2011, 18:54

İrandan sonra müsəlmanların çoxluq təşkil etdiyi Malaziyanın bir çox vilayətlərində də  “Sevgililər günü” qadağan olunub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu ölkədə “Sevgililər günü”nün qadağan edilməsinin səbəbi onun əxlaqa zidd sayılmasıdır.  

Malaziyanın iqtidarda olan İslam Partiyası “Sevgililər günü”ndə İslama zidd hərəkətlərin nümayişindən narahatlığını bəyan edib.

Partiyanın nümayəndəsi Nəsruddin Həsən Tantavi bildirib ki, “Sevgililər günü”ndə açıq yerlərdə əl-ələ tutuşma və öpüşmək kimi İslam qaydalarını tapdalayan hərəkətlərin qarşısı alınmalıdır.

"Bizim məqsədimiz sevginin qarşısını almaq deyil, malayziyalıların əxlaqa və İslama uyğun bir həyat sürmələrini təmin etməkdir" – deyə o, bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın Belqorod vilavətinın rəsmiləri də “Sevgililər günü”nü əxlaqa zidd sayaraq onu qadağan ediblər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat